Modern.az

Neft qiyməti sığortalanıb

 Neft qiyməti sığortalanıb

27 Noyabr 2015, 22:55

 

Meksika hökuməti neftin ucuzlaşmasından büdcəyə dəyən zərəri önləmək üçün "qara qızıl"ın qiymətinin dəyişməsini sığortalayıb. Modern.az saytı xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev öz feysbuk səhifəsində yazıb.

Çünki neft gəlirləri ölkənin federal büdcəsinin təxminən üçdə birini təşkil edir. Dünya bazarlarında neftin dəyərsizləşməsi onun payını 20%-ə qədər azaldıb. Bu isə büdcə icrasında problemlər yaradıb və dövlət xərclərində əhəmiyyətli ixtisarlar olub.

Meksika hökuməti riskə gedərək neftin ucuzlaşmasını sığortalayıb və sığortaya ümumilikdə 773 milyon dollar ödəyib. Hökumətin bu addımı özünü doğruldub. Sığorta müqaviləsində 2015-ci ildə neftin bir barelinin qiyməti 76,4 dollar nəzərdə tutulduğu halda reallıqda neftinin dəyəri 30 dollardan aşağı olub.

Müqavilənin şərtlərinə əsasən, dekabrın əvvəli Meksikaya 6,4 milyard dollar (104 milyard peso) məbləğində sığorta ödəniləcək. Hökumət gələn il üçün oxşar addımı atmaq niyyətindədir. Ancaq bu dəfə neftin qiyməti 49 dollar götürüləcək.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi