Modern.az

Ağ Ev Türkiyəyə təkid edir – Bəzi detallar AÇILDI

Ağ Ev Türkiyəyə təkid edir – Bəzi detallar AÇILDI

Dünya

28 Noyabr 2015, 11:55

 

ABŞ Suriya ilə 100 kilometr sərhəddə “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizəni gücləndirmək üçün türk qoşunlarının kontingentinin artmasına təkid edir.

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama administrasiyandakı mənbə “Wall Street Journal” nəşrinə bildirib. Mənbə deyib ki, Türkiyənin Suriya ilə sərhədi bağlı olmalıdır: “Sərhədin açıq olması beynəlxalq təhlükədir. Çünki terror təşkilatına qoşulmağa gedənlər Türkiyə ərazisindən keçirlər”.

Qeyd olunub ki, ABŞ hakimiyyəti sərhədin tam bağlanması üçün konkret nə qədər hərbi qulluqçunun lazım olduğunu dəqiqləşdirməyib.

Pentaqondakı dairələrdən verilən informasiyaya görə isə danışıqlar əsasən, 30 min hərbçinin sərhəd bölgəsinə cəmlənməsi ətrafında gedir.

Nəşr yazıb ki, Türkiyə rəsmi dairələri rəqəmlərin şişirdilməsi fikrində olsalar da, Ankara Suriya sərhədində təhlükəsizlik tədbirləri görülməsi ehtiyacını qəbul edir.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi