Modern.az

Hollandiyadan Britaniyaya təcili yardımla narkotik gətirilib

   Hollandiyadan Britaniyaya təcili yardımla narkotik gətirilib

Dünya

28 Noyabr 2015, 20:04

 

Hollandiyadakı cinayətkaq qruplaşma üzvləri saxta təcili yardım maşını ilə Böyük Britaniyaya dəyəri 2,4 milyard dollar olan yüzlərlə kiloqram narkotik gətirməyə nail olub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, cinayətkarlar bu məqsədlə saxta feldşer forması və əl ağacı ilə yeriyən qondarma pasiyentdən də istifadə ediblər.

Məlumatda qeyd edilir ki, Hollandiyadan gətirilən kokain, heroin və digər narkotik Böyük Britaniyanın ayrı-ayrı nöqtələrinə - Esseks, London, Mançester, Mersisayd, Uest-Yorkşir və Midlendsə çatdırılıb. 2014-cü ilin əvvəlindən 2015-ci ilin iyun ayına qədər həmin dəstənin Britaniyaya ən azı 45 partiya narkotik gətirdikləri bildirilir. Dəstə üzvlərini uzunmüddətli həbs cəzası gözləyir. Narkotik ticarətçilərinə hökmün gələn həftə elan ediləcəyi gözlənilir.  

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır