Modern.az

"Rusiyalı pilotun meyiti bizdədir"

"Rusiyalı pilotun meyiti bizdədir"

Dünya

29 Noyabr 2015, 15:29

Türkiyə baş naziri Əhməd Davudoğlu Avropa İttifaqı-Türkiyə zirvə toplantısında iştirak üçün Brüsselə gedib.
Modern.az xəbər verir ki, Brüsselə yola düşmızdən əvvəl Ankara Hava Limanında mətbuat konfransı keçirən Davudoğlu "hava məkanımızın pozulması zamanı vurulan təyyarənin rus pilotu dünən gecə saat bizə tərəfimizə təhvil verilib”-deyə bildidib.
Baş nazirin sözlərinə görə, ötən gecə Hatayda pravoslav din xadimlərinin iştirakı ilə rusiyalı pilotun cənazəsinin hazırlanması üçün dini mərasim də təçkil olunub.
“Cənazə Rusiyaya təslim ediləcək" deyə Ə.Davudoğlu qeyd edib.

 Baş nazir bildirib ki, Su-24 təyyarəsinin vurulmasına görə məsuliyyəti Türkiyə tərəfinin üzərinə atmağa yönəlmiş səylər həm beynəlxalq hüquq baxımından etibarsızdır, həm də Türkiyə ilə Rusiya arasındakı dostluq və qonşuluq əlaqələri baxımından da düzgün deyil.

Xatırladaq ki, noyabrın 24-də Türkiyə Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurub. Türkiyə Rusiya təyyarəsinin hava məkanını pozduğu, xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulduğunu deyir. Sağ qalan pilot Konstantin Muraşkin isə onlara heç bir xəbərdarlıq edilmədiyini bildirir.

Vurulan pilot Oleq Peşkovun meyiti Suriya türkmənlərinin əlində idi. Türkiyə tərəfi pilotun meyitini noyabrın 29-da Rusiya tərəfinə təhvil verəcəyi gözlənilir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi