Modern.az

Talibanın canlı bomba kimi istifadə eydiyi qız polisə təslim olub

  Talibanın canlı bomba kimi istifadə eydiyi qız polisə təslim olub

29 Noyabr 2015, 20:02

 

Əfqanıstanlı 12 yaşlı uşaq polisə dəhşətli ifadə verib. Modern.az saytı Musavat.com-a istinadən xəbər verir ki, Əfqanıstanın Fəryab əyalətində 12 yaşlı qız üstündəki bomba ilə birlikdə polisə təslim olub. 

Fəryab polis müdürü qızın ifadələri ilə bağlı açıqlama verib.

Balaca qız polisə verdiyi ifadədə ailəsinin onu Talibana 10 min dollar qarşılığında satdığını bildirib.  

Kamikadze kimi böyüdülmək üçün Taliban qruplaşması onu öz düşərgələrinə aparıb.   Balacaq qız ifadəsində "Düşərgədə mənim kimi onlarla uşaq var. Onlar kafirləri partlatmaqla cənnətə gedəcəyimizi dedilər. Mənə də polis mərkəzini partlatmaq tapşırıldı. Mən isə təslim olamğı seçdim" deyib.  

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı