Modern.az

Avropa İttifaqı Türkiyəyə 3 milyard avro verir

 Avropa İttifaqı Türkiyəyə 3 milyard avro verir

30 Noyabr 2015, 01:44

 

Brüsseldə bir araya gələn Türkiyə və Avropa Birliyinin rəsmilərinin qatıldığı zirvə başa çatıb. Modern.az saytı xəbər verir ki, görüşdə Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa ittifaqı Şurasının prezidenti Donald Tusk və İttifaqın Komissiya sədri Can Kloud Junker bir araya gəlib.  

Görüş bitdikdən sonra rəsmilər mətbuat konfransı keçirib.  

İlk olaraq sözə başlayan D.Tusk "Avropa İttifaqı və Türkiyə qaçqın böhranını həll etmək üçün 3 milyard avroluq planda razılıq əldə edib" sözlərini qeyd edib.  

Rəsmilər Avropaya sərbəst viza məsələsində isə layihə qəbul olunsa da, ən tez 2016-cı ilin oktyabr ayında həyata keçirilə biləcəyini vurğulayıblar.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir