Modern.az

Xamneyidən ABŞ-a İTTİHAM: “Çoxunun xəbəri yoxdur”

Xamneyidən ABŞ-a İTTİHAM: “Çoxunun xəbəri yoxdur”

30 Noyabr 2015, 10:56


İranın ali dini lideri ayətullah Xamneyi Qərbin, xüsusilə ABŞ-ın İslam dünyasına qarşı tətbiq etdiyi ikili standartlara görə ”İslam dövləti” (İŞİD) qruplaşmasının yarandığını bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “İRNA” agentliyi vasitəsilə Qərbdə yaşayan gənclərə müraciət edən Xamneyi hazırda terrorizmin ümumi bəla olduğunu dilə gətirib.

“Bu gün ABŞ-ın “Taliban”, “Əl Qaidə” və onların zalım davamçılarının yaradılmasına, bəslənməsinə və silahlanmasında oynadığı rolu çox az adam bilir”.  

Seyid Əli Xamneyi Qərbin tətbiq etdiyi standartların davam edəcəyi halda dünyada qeyri-sabit situasiyanın da davamlı olacağını deyib.    

Vüqar İsmayılov      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?