Modern.az

Nazarbayev təyyarə məsələsinə görə Rusiyanı dəstəklədi

Nazarbayev təyyarə məsələsinə görə Rusiyanı dəstəklədi

30 Noyabr 2015, 12:10

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyə ilə Rusiya arasında yaranan gərginliyə toxunub.

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Nazarbayev baş verənlərdən narahatlığını ifadə edib və Rusiya təyyarəsinin Türkiyəyə heç bir təhlükə törətmədiyini deyib.  

“Biz Rusiya ilə Türkiyə arasında baş verən insidentə görə narahatıq. Bütün nüanslar məlum olmasa da, Rusiya hərbi təyyarəsinin Türkiyə üzərinə deyil, terrorçuların üzərinə getdiyi faktdır. İstənilən münaqişənin sülh yolu ilə bitməsini istəmişik.

Süleyman Dəmirəl və Boris Yeltsindən başlayaraq mən Rusiya-Türkiyə münasibətlərinin dostcasına olmasına səy göstərmişəm”.   Nursultan Nazarbayev iki ölkə başçısını münasibətləri bərpa etməyə çağırıb.  

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər