Modern.az

ABŞ mətbuatı: “Putinlə Ərdoğan üzr istəməyi bacarmır”

ABŞ mətbuatı: “Putinlə Ərdoğan üzr istəməyi bacarmır”

30 Noyabr 2015, 15:06

ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti Rusiya və Türkiyə arasında son zamanlar yaranmış gərginliyə toxunub. Qəzetin əməkdaşı Nil Makfarkuar yazdığı məqalədə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın bir-birinə çox bənzədiklərini və bu bənzərliyin onların ittifaqına mane olduğunu yazıb. Modern.az həmin məqaləni ixtisarla təqdim edir.

“Problem ondadır ki, hər iki prezident öz statuslarına böyük önəm verirlər və riskli oynamağı sevirlər. Həm Putin, həm Ərdoğan üçün zəif görünməmək vacibdir. Nə o, nə də o birisi geri çəkilməyi yaxud üzr istəməyi bacarmır. Bu mənada onlar sanki əkizlərdi.  

Onların hər ikisini güzəştsiz, millətçiliyə meylli və avtoritar adlandırırlar. Putin hakimiyyətdə qalmaq üçün prezidentlikdən baş nazirliyə və sonradan yenidən prezidentliyə qayıtmışdı.

Ərdoğan da eyni şeyi edir, həm də konstitusiyanı dəyişərək prezidentə daha çox səlahiyyət verməyə çalışır. Hər iki lider qanuna hörmət etdiklərini desələr də, onları həmin qanunları pozmaqda ittiham edirlər. Putin və Ərdoğan onları tənqid edən iri biznes və müxalifət mediasını susdurmaq üçün məhkəmə və vergi orqanlarını zəncirdən buraxıblar.

Putin müxalifətə təzyiqləri ilə məşhurdur.

Ərdoğan da belə reputasiya ilə tanınır. Türkiyə prezidentini təhqir etmək ittiham ilə onlarla insan istintaqa cəlb olundu, bir neçə xarici jurnalist isə deportasiya edildi.  

İki lider də uğursuzluqlarında xarici, beynəlxalq qüvvələri ittiham edirlər və özlərini cəzasız hiss etməyə əsas verən ölkə daxili yüksək populyarlıqla siyasətlərini davam etdirirlər. Ümumilikdə, bu iki insan bir-birinin əksi olduğu üçün təyyarə insidenti ilə bağlı yalnız üçüncü tərəfin iştirakı ilə danışa bilərlər.

Onlar bir-birinə etibar etmirlər. Hər ikisinin çox böyük ambisiyaları var. Digər tərəfdən, iki liderin Parisdə iqlimlə bağlı keçiriləcək beynəlxalq konfransda danışıb-danışmayacaqları da hələ ki, məlum deyil. Ərdoğan Kremlə zəng vurduğunu və problemin itiliyin azaltmaq üçün konfransın kuluarlarında müzakirə etməyi təklif etdiyin söyləyib. Putinin yeganə cavabı isə şənbə günü Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq olunması barədə sərəncam oldu.

Bir çox analitiklər qeyd edir ki, Türkiyə ilə uzunmüddətli qarşıdurma Putinə sərf edəcək.

Ola bilsin ki, Qərbin Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar aradan götürüləcək. Əgər Qərb əleyhinə əhval-ruhiyyədə olan Moskvanın hədəfi Türkiyəyə doğru dəyişərsə, bu Qərblə münasibətlərin yaxşılaşmasına səbəb olacaq”.    

Vüqar İsmayılov      

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir