Modern.az

İternet sürəti güclü olan ölkələrin siyahısı açıqlandı

İternet sürəti güclü olan ölkələrin siyahısı açıqlandı

13 Noyabr 2010, 18:35

Siyahıda Azərbaycanın adı yoxdur

Beynəlxalq “Pingdom” şirkəti orta internet sürəti güclü olan ölkələrin siyahısını təqdim edib. Modern.az-ın məlumatına görə, 50 ölkə arasında aparılan araşdırmada Cənubi Koreya orta internet sürətinə görə birinci yerdədir. (17 Mbit/s ).
İkinci yeri Çinin məşhur Honkonq şəhəri (8.6 Mbit/s), üçüncü yeri isə Yaponiya bölüşür (8 Mbit/s ).
Azərbaycan isə bu siyahıda yoxdur. Qonşu ölkələrdən orta internet sürətinə görə Rusiya iyirmi yeddinci (2.6 Mbit/s), Türkiyə isə otuz üçüncü (1.8 Mbit/s) yerdədir. Siyahıda əllinci yerdə cənub qonşumuz İrandır (0.41 Mbit/s).

Şirkət ilk üçlükdə olan ölkələrin Asiyada olmasını maraqlı fakt kimi qeyd edib. Ümumilikdə ilk onluqda olan ölkələrdən üçü Asiyadan, yeddisi isə Avropadandır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi