Modern.az

Ermənistan ordusunda dələduzluq: 2 zabit vəzifədən çıxarıldı

Ermənistan ordusunda dələduzluq: 2 zabit vəzifədən çıxarıldı

18 Noyabr 2010, 18:03

Erməni zabit əsgərləri zorla bankdan kredit götürüb ona verməyə məcbur edirmiş


Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əmri ilə Ararat rayonunda yerləşən hərbi hissənin batalyon komandiri Vardan Martirosyan və onun şəxsi heyət üzrə müavini Artur Karapetyan vəzifələrindən azad ediliblər. Bu barədə Ermənstan MN-nin mətbuat xidmətinin rəhbəri David Karapetyan "Svoboda"ya məlumat verib.

O, deyib ki, hər iki zabit sərəncamdadırlar və əgər məhkəmə onların günahını sübut etsə, o zaman onlar ordu sıralarından tərxis olunacaqlar.
Hər iki hərbçi dələduzluğa görə məhkəməyə veriliblər. Belə ki, batalyon komandiri Martirosyan tabeçiliyində olan əsgərləri bankdan öz adlarına kredit götürməyə məcbur edirmiş. Əsgərlər də öz adlarına aldıqları kreditin pulunu komandirə verirmişlər. 
Onun müavini Karapetyan isə komandir üçün kompüter almaq adı ilə əsgərlərdən 1 milyon dram məbləğində pul yığıb.
Ötən ay hər iki hərbiçi girov müqabilində azadlığa buraxılıblar. Girov üçün Matirosyan 1 milyon, Karapetyan isə 820 min dram veriblər. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi