Modern.az

Tiflisdə deyirlər Azərbaycan internetdə liderdi...

Tiflisdə deyirlər Azərbaycan internetdə liderdi...

18 Noyabr 2010, 19:55

Azərbaycan ərazisində internetin yayılmasına görə Cənubi Qafqazda liderdir. Bu barədə Tiflisdə keçirilən media konfransında Freedom House təşkilatının baş meneceri Sem Patten bildirib. Modern.az  “Грузия Оnline”na istinadən bildirir ki, qurumun hesabatında internetin ölkə ərazisinin 40 faizində yayılması qeyd edilib.
Freedom House eyni zamanda bildirib ki, Azərbaycan və Ermənistan hakimiyyəti internet üzərində nəzarət etməyə cəhd edirlər. Buna etiraz edən Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Həsənov bildirib ki, hökümətin nəzarəti ilə internetin geniş yayılması barədə deyilənlər bir-biri ilə ziddiyyət təşkil edir. Moskvada fəaliyyət göstərən Media Hüquq İnstitutunun direktoru Andrey Rixter isə bildirib ki, internetin istifadənin yüksək faizi internet azadlığının təmin olunması denək deyil.   

Gürcüstanda isə internetdən əhalinin 25 faizi istifadə edir.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?