Modern.az

Emin Milli də azadlığa buraxıldı

Emin Milli də azadlığa buraxıldı

Ölkə

19 Noyabr 2010, 11:08

Bu gün səhər tezdən məhbus bloqçu Emin Milli azadlığa buraxılıb. Emin Millinin azadlığa buraxılması barədə qərar Salyan Rayon Məhkəməsində çıxarılıb. Məhkəmə onu həbs müddətinin yarısını çəkdiyi üçün azad edib. Bloqçunun cəzasının qalan hissəsi şərti həbslə əvəz edilib.

Məlumatı bloqçunun vəkiil İsaxan Aşurov verib.

Emin Milli 2009-cu il iyulun 8-də Bakının “Livan” restoranında baş verən insidentdən sonra digər bloqçu Adnan Hacızadə ilə həbs edilib. Onlara qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb və iş kəsilib.  Məhkəmə Adnan Hacızadəyə 2 il, Emin Milliyə 2 il 6 ay həbs cəzası vermişdi.

Adnan Hacızadə həbs müddətinin yarısını bitirdiyi üçün noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib.

Emin Millinin həbs müddətinin yarısı 2010-cu il oktyabrın 8-də bitib.

Emin Milli 1979-cu ildə Bakıda doğulub. Ailəlidir. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 2001-2002-ci illərdə Almaniyada oxuyub. Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, Fridrix Ebert Fondunun Azərbaycanda nümayəndəsi vəzifəsində çalışıb. 2005-ci ildən ictimai fəaliyyətlə məşğul olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!