Modern.az

ABŞ Ermənistan və Azərbaycanı hərbi ritorikadan çəkinməyə çağırdı

ABŞ Ermənistan və Azərbaycanı hərbi ritorikadan çəkinməyə çağırdı

19 Noyabr 2010, 12:29

ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini “dialoqda qalmaq və gərginliyi artıra biləcək ritorikadan qaçmağa çağırır”. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi müavininin səlahiyyətlərinin icraçısı Mark Toner brifinqdə deyib. (ANS)

Dağlıq Qarabağ məsələsində ritorikanın fəallaşması, xüsusilə də Ermənistan prezidentinin məsələni “birdəfəlik” hərb yolu ilə həll etmək təhdidləri barədə jurnalistin sualını cavablandıran Toner bəyan edib ki, ABŞ əvvəlki kimi Minsk prosesində iştirak edir.

Mark Toner həmçinin İranla bağlı məsələyə toxunaraq bildirib ki, rəsmi Tehran altılıq ölkələri ilə görüşün yeri və vaxtı ilə bağlı yekun rəyini bildirməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi