Modern.az

Metro keçidlərində 1 manata satılan pirat DVD diskləri harada yazılır?

Metro keçidlərində 1 manata satılan pirat DVD diskləri harada yazılır?

Ölkə

19 Noyabr 2010, 13:12

Metro stansiyalarının keçidlərində DVD-lərin qeyri-qanuni satışı aparılır. Modern.az bununla bağlı apardığı müşahidələri nəticəsində bir sıra məqamları açıqlayıb. Belə ki, xarici ölkələdə istehsal olunmuş bədii və sənədli filmlər, seriallar, cizgi filmləri, döyüş filmləri çox ucuz qiymətə, cəmi 1 manata alıcılara təklif olunur. Bu DVD disklərində isə nə az nə çox düz 7-8 film yazılıb. MP3 formatında, sıxılaraq üst-üstə disklərə yazılmış bu keyfiyyətsiz məhsullar pirat üsulları ilə hazırlanır.
Satıcılarla söhbətdə onlar bildiriblər ki, bu disklər “Sədərək” və “Binə” ticarət mərkəzlərində hazırlanır və satışa çıxarılır. DVD disklərində həmçinin türk televiziyalarından oğuralanaraq yazılan müsiqi klipləri də çöxluq təşkil edir. Səs və vizual effektlərdə böyük problemlərlə müşayət olunan bu disklərdə müxtəlif müsiqi kanallarından pirat yolu ilə köçürülmüş müsiqilər və mahnılar yer alıb.
Satıcılar bildiriblər ki, gün ərzində 100-ə qədər belə pirat diskləri sata bilirlər. Amma satışda Azərbaycan filmləri və digər məhsullar yoxdur. İşbazlar “başlarını ağrıtmamaq üçün” yerli film və klipləri “kopyalamaqdan” vaz keçiblər.

Görünür, ticarət mərkəzlərində studiya qurmağı bacarmış işbazlar bu işdən yaxşı gəlir əldə edə bilirlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir