Modern.az

Obama Güllə görüşüb

Obama Güllə görüşüb

20 Noyabr 2010, 17:23

ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Abdulla Güllə NATO-nin Lissabonda keçirilən sammitində görüşüb. Modern.az “Anadolu” Agentliyinə istinadən bildirir ki, görüş sammitdə Əfqanıstanla bağlı aparılan müzakirələrdən dərhal sonra keçirilib. Görüşün detalları barədə hələlik heç bir məlumat verilmir.

Sammitdə çıxış edən A.Gül bildirib ki, Əfqanıstanda sülhə yalnız hərbi yolla nail olmaq olmaz. “İlk əvvəl sadə əfqanların ürəyini fəth etməlisən. Əfqanıstan hər şeydən əvvəl bu sadə əfqanlara məxsusdur”-deyə Gül çıxışında bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi