Modern.az

Eyyub Hüseynov: “Çörəyin çəkisini azaltmaqla istehlakçı hüquqlarını pozurlar”

Eyyub Hüseynov: “Çörəyin çəkisini azaltmaqla istehlakçı hüquqlarını pozurlar”

22 Noyabr 2010, 13:24

Noyabrın 18-də 22-dək Azərbaycanda çörək əvvəlki qiymətindən baha satıldı. 30 qəpiklik zavod çörəyi 40 qəpiyə satılırdı. Bu gündən etibarən yenidən çörək 30 qəpiyə satılır, lakin onun çəkisi təqribən 250 qram azalıb. Əvvəllər 30 qəpiklik çörəyin çəkisi 630 qram idisə, indi 520 qramdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərkən Modern.az-a deyib ki, vaxtaşırı çörəyin qiymətinin qaldırılıb-endirilməsi istehlakçı hüquqlarının pozulması deməkdir.
”Əgər çörəyin çəkisi azalırsa, qiymət dəyişmirsə, bu o deməkdir ki, çörək bahalaşıb. Çəkini aşağı salırlar, amma qiyməti sabit saxlayıb əhalini aldadırlar”.
E.Hüseynov çörəyin bahalaşmasını bir neçə səbəblə əlaqələndirib: “Bunlardan biri xaricdən gətirilən un və buğda məhsullarının dünya bazarında qiymətinin qalxmasıdır. İkincisi bazarın monopoliyada olmasıdır”. E.Hüseynov onu da bildirib ki, Azərbaycan əkinçiləri özlərinin istehsal etdiyi buğdadan çörək bişirə bilmirlər.

”Azərbaycanda toxumçuluq sahəsində böyük problemlər var. Keyfiyyətsiz buğda istehsal olunur. Ona görə buğdanı xaricdən alırıq. Bizdə yerli buğda heç də yemək üçün yararlı deyil. Azərbaycanda çörəyin qiyməti qalxanda o heç vaxtı endirilmir. Əgər xaricdən gətirilən buğdaya əlavə dəyər vergisi tətbiq olunmasa, onda qiymətin enməsi baş verə bilər”. 

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir