Modern.az

“Qarabağ” bloku buraxılır?

“Qarabağ” bloku buraxılır?

22 Noyabr 2010, 19:26

“Qarabağ” seçki blokunun siyasi taleyinə seçkilər rəsmən bitdikdən sonra aydınlıq gətiriləcək. Bu barədə Modern.az-a blokun təsisçisi olan ADP-nin sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə,  hazırda bu barədə konkret heç nə demək olmaz.

“Seçki blokunun siyasi partiyaların birliyinə çevrilməsi müzakirələrdən asılı olacaq. Əgər bu barədə qərar olacaqsa, mümkündür”- deyə S.Cəlaloğlu qeyd edib. ADP sədri bildirib ki, o, “Qarabağ” blokunun siyasi partiyaların bir qurumu kimi qalmasına pis baxmır.
“Hər halda seçkilərdən sonra bizim əməkdaşlıq edəcəyimiz bir neçə siyasi partiya olacaq”-deyə S. Cəlaloğlu vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir