Modern.az

Avropa ölkəsində məcburi əsgərlik ləğv olunur

Avropa ölkəsində məcburi əsgərlik ləğv olunur

Dünya

23 Noyabr 2010, 13:03

Almaniyanın müdafiə naziri Karl – Teodor zu Guttenberg alman Konstitusiyasında nəzərdə tutulan məcburi əsgərlik maddəsini ardan qaldırılacağını açıqlayıb. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə,  2011- ci il 1 iyuldan etibarən Almaniya Konstitusiyasıda nəzərdə tutulan məcburi əsgərlik maddəsi aradan qaldırılacaq.

Nazir Guttenberg  Almaniya kansleri Angela Merkel ilə birgə Drezden şəhərində mətbuat konfransı keçirib. Konfransda əsgərlik maddəsinin Konstitusiyadan çıxarılmayacağını, hərbi xidmətin yalnız könüllülərdən təşkil olunacağını bildirib.

Könüllü hərbi xidmətin detallarını dekabr ayında müzakirə edəcək. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir