Modern.az

Tanınmış aktrisanın da qızı “Evrovision”un milli seçim turuna qatılıb

Tanınmış aktrisanın da qızı “Evrovision”un milli seçim turuna qatılıb

Mədəni̇yyət

23 Noyabr 2010, 15:35

Bu ilki “Evrovision”un milli seçimlərinə xeyli sənətçi övladı da qatılıb. Tanınmış müğənni Aybəniz Haşımovanın qızı Aynişanın iştirakı barədə artıq xəbər vermişik. Aynişan gələn həftə efirə çıxacaq qrupun tərkibindədir.
Bu həftəki qrupda isə Milli Dram Teatrının aktrisası Hicran Nəsirovanın qızı Sitarə Nəsirova da var. H.Nəsirova Modern.az-a bildirib ki, hələ ötən il musiqi müəllimi onun qıznın seçimlərə qatılmasını tövsiyyə edib. Amma ana buna razı olmadığından qızı da razılaşmayıb. Bu il qızının həvəsini qıra bilməyən Hicran xanım razılıq verib. Sitarə Nəsirova ixtisasca modelyer-dizaynerdi. Musiqi məktəbinin fortepiano sinfini bitirib.
Aygün Kazımovanın qızı İlqarə da növbəti seçimlərdə görünəcək.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq