Modern.az

Bakı Metropoliteni vaqonları niyə ancaq Rusiyadan alır?

Bakı Metropoliteni vaqonları niyə ancaq Rusiyadan alır?

Ölkə

24 Noyabr 2010, 11:06

Bakı Metropoliteni özünün metro parkını yeniləmək üçün bir neçə dəfə Rusiyadan vaqonlar alıb. Bəzi məlumatlara görə, Rusiyadan nisbətən ucuz qiymətə alınan həmin vaqonlar işlənmiş vəziyyətdə olur, sadəcə onu təmir edib Azərbaycana satırlar. Maraqlıdır, Azərbaycan vaqonların alınması üçün daha müasir texnologiyaya malik Avropa ölkələri ilə əməkdaşlıq edə bilməzmi?

Bakı Metropoliteni Nərimanov adına Elektrodeponun rəisi Vaqif Hüseynov Modern.az saytına bildirib ki, hələki Azərbaycan Avropa ölkələrindən vaqon ala bilməz.  O, bunu onunla izah edib ki, Avropada istifadə olunan qatarlar Bakı metrosunun relslərinə uyğun deyil. Ümumiyyətlə keçmiş SSRİ məkanına daxil olan ölkələrdəki metro xətləri Avropa ölkələrindəkindən fərqlənir. Bu fərqlilik relslərarası məsafə ilə bağlıdır.  
Amma V.Hüseynov gələcəkdə digər xarici ölkələrdən vaqon alına biləcəyini mümkün sayıb:
“Gələcəkdə yeni vaqonların Azərbaycana gətirilməsi ilə bağlı proyektlər var. Düşünürük ki, Koreyadan, Fransadan, Rusiyadan yeni vaqonlar alaq. Amma dəqiq bilinmir ki, biz konkret hansı ölkədən yeni vaqonlar alacağıq”.

Modern.az

  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü