Modern.az

Wi-Fi modemlərinin zərərləri üzə çıxıb

Wi-Fi modemlərinin zərərləri üzə çıxıb

24 Noyabr 2010, 11:13

Kabelsiz modemlərin (Wi-Fi) insan sağlığına zərər verib-vermədiyi mübahisələri davam edərkən, Hollandiyada aparılan bir araştırmanın nəticələri təəcüb doğurub. Kabelsiz modemlərin yaydığı radiyasıyanın ağacların qurumasına səbəb olduğu üzə çıxıb.

Hollandiyanın qərbindəki Alphen aan den Rijn bölgəsində ağacların saraldığı, qabıq və gövdəsinin quruduğu müəyyən edilib. Elm adamlarının apardığı araşdırmada ağacların hər hansı bir virus səbəbiylə ölmədiyi təsbit edilib. Ancaq ağaçların olduğu bölgədə sıx şəkildə kabelsiz modem istifadə edilirmiş. Araşdırma da məhz bu bölgədə aparılıb.

Üç ay boyunca 20 ədə ağaca müxtəlif həcmdə radiyasiya verilib. Nəticə elm adamlarını sözün əsl mənasında şoka salıb. Çünki verilən radiyasiyanın həcmi artırıldıqca ağaçların yarpaqları daha tez saralmağa və gövdəsi qurumağa başlayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər