Modern.az

Bakıda “Qafqaz qartalının uçuşu” olacaq

Bakıda “Qafqaz qartalının uçuşu” olacaq

Mədəni̇yyət

24 Noyabr 2010, 12:39

II Dünya Müharibəsi illərində Leninqradın müdafiəsi zamanı qəhrəmancasına döyüşən hərbi pilot Hüseynbala Əliyevə həsr olunan  “Qafqaz qartalının uçuşu” sənədli filmi noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı tamaşaçılarının mühakiməsinə çıxarılacaq. Modern.az Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, ilk baxışda filmin yaradıcı qrup üzvləri, o cümlədən rusiyalı qonaqlar iştirak edəcəklər. Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüserləri Böyükağa Məmmədov və Vladimir Bajindir.

 “Salnamə” və  Sankt-Peterburqun “Lennauçfilm” studiyalarının ilə birgə istehsal etdikləri “Qafqaz qartalının uçuşu” filminin Sankt-Peterburqda bir müddət əvvəl təqdimatı keçirilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir