Modern.az

“Azadlıq” parlamentə müxbir göndərməyəcək, “Yeni Müsavat” isə fikirləşir

“Azadlıq” parlamentə müxbir göndərməyəcək, “Yeni Müsavat” isə fikirləşir

Media

24 Noyabr 2010, 16:08

Azərbaycanın iki müxalifət qəzeti bu ilki parlament seçkilərindən sonra Milli Məclisin fəaliyyəni işıqlandırmaq üçün quruma jurnalist göndərməyəcəyini bəyan edib. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin baş redaktorları bu addımlarını parlament seçkilərinin saxta keçirilməsi ilə izah etmişdilər.
Baş redaktorların bir müddət öncə verdikləri bəyanat qüvvəsində qalırmı? Modern.az məsələ ilə bağlı onlarla əlaqə saxlayıb.
”Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu saytımıza deyib ki, sözügedən məsələ ilə bağlı hələ son qərar verməyiblər. R.Arifoğlunun sözlərinə görə, onlarda parlamentə müxbir göndərilməməsi fikri üstünlük təşkil edir.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hesab edir ki, 4-cü çağırış Milli Məclisin legitimliyi şübhə altındadır və hakimiyyətin bu qolu millətin taleyi ilə bağlı heç bir məsələni həll etməyəcək  Qənimət Zahid bildidrib: “Tərkibinin 90%-i saxta seçkilər əsasında formalaşan parlamentə müxbir göndərməyə ehtiyac görmürük”.

Sədaqət Süleymanova

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub