Azərbaycanda dövlət qeydiyyatında 980 mindən yuxarı avtomobil var. Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, maşınlarla bağlı “istismar müddəti” anlayışı tətbiq edilmir.
“Sovet dövründə müəyyən avtobus parklarında sərnişin daşınması üçün istismar müddəti ilə bağlı müddət qoyulurdu. Hal-hazırda heç bir istehsalçı zavod istehsal elədiyi avtomobilə istismar müddəti qoymur. Nəqliyyat vasitəsi texniki cəhətdən sazdısa, onun istismarına icazə verilir”-deyə K.Əliyev vurğulayıb.
Modern.az