Modern.az

Nazirlər Kabineti müəllimlərin dərs yükünü müəyyən etdi

Nazirlər Kabineti müəllimlərin dərs yükünü müəyyən etdi

25 Noyabr 2010, 18:40

Baş nazir Artur Rasizadə təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında qərar imzalayıb.
Modern.az-ın məlumatına görə, qərarın imzalanması "Təhsil haqqında" Qanunun tətbiq edilməsi barədə" Prezidentin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.24-cü bəndinin icrasını təmin etmək məqsədi daşıyır.

Sözügedən qərarda bildirilib ki, təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları aşağıdakı kimi müəyyən edilir:

- məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı - 30 saat;

 - bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır);

- ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı - 24 saat;

- ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü - 500 saatdan az olmamaqla (bu zaman ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi isə illik dərs yükünün 80 faizindən az olmamalıdır).

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!