Modern.az

3-cü çağırış parlamentdən 4-cü çağırışa qalan qanun layihələri

3-cü çağırış parlamentdən 4-cü çağırışa qalan qanun layihələri

29 Noyabr 2010, 10:34

Üçüncü çağırış Milli Məclis dövründə xeyli sayda qanun layihəsinin müzakirəsi yarımçıq qalıb. Modern.az ayrı-ayrı komitələrdə yarımçıq qalan sənədlər barədə araşdırma aparıb. İlk olaraq Milli Məclisin İqtisadi siyasət, Təhlükəsizilik və müdafiə, İnsan hüquqları komitələrində müzakirəsi yarımçıq qalan sənədlər barədə...

İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ötən parlament dövründə komitənin plenar iclasa tövsiyyə etdiyi əksər sənədlər təsdiqlənib: “Ancaq Rəqabət Məcəlləsi iki oxunuşdan keçib. Yəqin ki, bu sənədin dördüncü çağırış Milli Məclisdə müzakirəsi davam etdiriləcək.

Amma mən çox istərdim ki, Əli Məsimli ilə birgə hazırladığımız “Təhsil krediti haqqında”, “İnsanların sovetlər zamanından qalan əmanətlərinin qaytarılması haqqında” sənədlər də müzakirəyə çıxarılsın və buna çalışacağıq”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov isə komitələrində iki-üç məsələnin yarımçıq qaldığını deyib: “Mən “Dini etiqad azadlığı haqqında” sənədə əlavə və dəyişikliklərin edilməsi barədə, “Siyasi partiyalar haqqında” sənədlərin müzakirəyə çıxarılmasını qaldıracağam”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc isə deyib ki, ötən çağırışda “Hərbi qulluqçuların inzibatı cəzası haqqında” sənəd müzakirəyə çıxarlmalı idi: “Yəqin ki, bu sənəd üzərində iş aparılır və növbəti parıamentin müzakirəsinə çıxarılacaq. Bunun müzakirəyə çıxarılması üçün müəyən qurumlardan rəy alınmalıdır. Amma mənim də təklifim olacaq”.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər