Modern.az

Bu gün deputat səlahiyyətini itirən sabiqlər... (siyahı)

Bu gün deputat səlahiyyətini itirən sabiqlər... (siyahı)

29 Noyabr 2010, 12:18

Konstitusiya Məhkəməsi 4-cü çağırış Milli Məclisin tərkibini təsdiqlədi. 3-cü çağırış Milli Məclis isə tarixə qovuşdu. Modern.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, bu gün saat 12.00-dan etibarən ötən parlamentdə deputat olmuş bəzi mandat sahiblərinin səlahiyyəti başa çatıb. Çünki Konstitusiyaya görə, yeni parlamentin ilk iclası başlayan andan ötən çağırışın deputatlarının səlaiyyəti itir.

5 il öncə millət vəkili seçilən və bu gündən deputat səlahiyyətlərini itirən keçmiş mandat sahibləri aşağıdakılardır. Modern.az sabiq deputatların adlarını təqdim edir:

7 saylı Ordubad-Culfa dairəsindən Əkrəm Əylisli;
8 saylı Binəqədi I dairəsindən Arzu Səmədbəyli;
11 saylı Qaradağ dairəsindən Murtuz Ələsgərov;
18 saylı Nərimanov-Nizami dairəsindən Cəmil Həsənli;
27 saylı Sabunçu II dairəsi – Fərrux Zeynalov;
30 saylı Suraxanı dairəsindən Anar Məmmədxanov;
34 saylı Xətai II dairəsindən Nəsib Nəsibli;
39 saylı Kəpəz (Gəncə) dairəsindən Vidadi Məmmədov;
41 saylı Sumqayıt I dairəsi – İkram İsrafil;
42 saylı Sumqayıt dairəsindən Nizami İsgəndərov;
43 saylı Sumqayıt III dairəsi – Məcid Kərimov;
44 saylı Sumqayıt-Abşeron dairəsi – Baba Tağıyev;
51 saylı Qusar dairəsindən Xəlilbəy Günəşov;
55 saylı Xaçmaz şəhər Lalə Abbasova;
56 saylı Xaçmaz kənd dairəsindən Nizami Xudiyev;
59 saylı Salyan dairəsindən Əkrəm Abdullayev;
63 saylı Sabirabad I dairəsi Pənah Hüseyn;
65 saylı Saatlı-Sabirabad-Kürdəmir dairəsindən Gülhüseyn Əhmədov;
67 saylı Cəlilabad dairəsindən Aydın Həsənov;
70 saylı Masallı şəhər dairəsi Əhəd Abıyev:
77 saylı Astara dairəsindən Vasif Əliyev;
78 saylı Lerik-Lənkəran dairəsindən Miri Qəmbərov;
79 saylı İmişli dairəsindən İltizam Əkbərli;
80 saylı İmişli-Beyləqan dairəsindən Əhəd Əhmədov;
81 saylı Beyləqan dairəsindən Səfər Məmmədov;
85 saylı Şamaxı dairəsindən Maqsud İbrahimbəyov;
95 saylı Tərtər seçki dairəsindən Aynur Camalqızı (Quliyeva);
96 saylı Goranboy-Naftalan dairəsindən Gültəkin Hacıbəyli;
104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Nazim Məmmədov;
107 saylı Qazax dairəsindən Vaqif Səmədoğlu;
111 saylı Zaqatala-Balakən dairəsindən Dünyamin Xəlilov;
115 saylı Şəki kənd ikinci dairəsindən Məjlum Şükürov;
117 saylı Oğuz-Qəbələ dairəsindən Eyvaz Qurbanov;
121 saylı Laçın dairəsindən Sevindik Hətəmov.
122 saylı Xankəndi seçki dairəsindən Həvva Məmmədova;

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar