Modern.az

Milli Məclisin yeni üzvləri: onlar kimlərdir? (siyahı)

Milli Məclisin yeni üzvləri: onlar kimlərdir? (siyahı)

29 Noyabr 2010, 12:26

4-cü çağırış Milli Məclisə seçkilərin yekun nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olundu. Milli Məclisə seçilən 125 nəfər deputat arasında ilk dəfə mandatı qazanan 38 şəxs var. Onlar kimlərdir və hansı ictimai-siyasi mənsubiyyətə malikdirlər?

Modern.az saytı həmin şəxslərin siyahısını təqdim edir:

11 saylı Qaradağ Seçki Dairəsi – Ağalar Vəliyev – “Azəraqrartikinti” ASC-nin prezidenti, YAP üzvü;

15 saylı Yasamal I Seçki Dairəsi – Etibar Hüseynov – “Lider” TV-nin əməşdaşı, bitərəf;

18 saylı Nərimanov-Nizami Seçki Dairəsi – Rasim Musabəyov – müstəqil politoloq, bitərəf;

21 saylı Nəsimi I Seçki Dairəsi – Aytən Mustafayeva – bitərəf, Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitunun direktoru, bitərəf;

25 saylı Nizami II Seçki Dairəsi – Sədaqət Vəliyeva – 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, YAP üzvü;
 
 27 saylı Sabunçu II Seçki Dairəsi – Qalib Salahzadə - Bilgəh Bələdiyyəsində hüquqşünas, YAP üzvü;

30 saylı Suraxani I Seçki Dairəsi – Sevinc Fətəliyeva – Bakı Slavyan Universitetinin kafedra müdiri, YAP üzvü;

31 saylı Suraxanı II Seçki Dairəsi – Fərəc Quliyev – Milli Dirçəliş Hərəkatının sədri;

39 saylı Kəpəz I (Gəncə) Seçki Dairəsi – Xanlar Fətiyev – Gəncə Avtomobil Zavodunun direktoru, YAP üzvü;

41 saylı Sumqayıt I Seçki Dairəsi – Leyla Abdullayeva – Sumqayıt şəhər 18 saylı məktəbin direktoru, YAP üzvü;

42 saylı Sumqayıt II Seçki Dairəsi – Musa Qasımlı – BDU-nun professoru, bitərəf;

43 saylı Sumqayıt III Seçki Dairəsi – Muxtar Babayev – “Azərkimya” İstehsalat Birliyinin baş direktoru, YAP üzvü;

44 saylı Sumqayit-Abşeron Seçki Dairəsi – Hacı Salayev – “Azkommunalservis” ASC-nin sədri, bitərəf;

45 saylı Abşeron Seçki Dairəsi – Arif Alışanov – AzTV-nin rəhbəri, bitərəf;

51 saylı Qusar Seçki Dairəsi – Azər Badamov – Qusar Telekommunikasiya Qovşağının rəisi, YAP üzvü;

55 saylı Xaçmaz şəhər Seçki Dairəsi – Arif Əşrəfov – Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri, YAP üzvü;

56 saylı Xaçmaz kənd Seçki Dairəsi – İlham Əliyev – Prezident Administrasiyası regional idarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, YAP üzvü;

59 saylı Salyan Seçki Dairəsi – Əliağa Hüseynov – Salyan rayon İcra Hakimiyyətinin başçısı, respublikanın sabiq baş hərbi komissarı, bitərəf;

63 saylı Sabirabad I Seçki Dairəsi – Ceyhun Osmanlı – “İrəli” İctimai Birliyinin sədri, bitərəf;

65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsi – Əhliman Əmiraslanov – Tibb Universitetinin rektoru, YAP üzvü;

67 saylı Cəlilabad şəhər Seçki Dairəsi – Malik Həsənov – “Azinkoholdinq” Tikinti Şirkətinin prezidenti, YAP üzvü;

70 saylı Masallı şəhər Seçki Dairəsi – Nəriman Əliyev – “Nur” MMC-nin sədri, YAP üzvü;

77 saylı Astara Seçki Dairəsi – Aslan Cəfərov – “Diplomat 1” Firmasının direktoru, YAP üzvü;

78 saylı Lerik Seçki Dairəsi – İqbal Məmmədov – “Kaspi-Yıldız” Şirkətinin baş direktoru, YAP üzvü;

79 saylı İmişli Seçki Dairəsi – Əsabil Qasımov – “Karat Holdinq” MMC-nin direktoru, YAP üzvü;

80 saylı İmişli-Beyləqan Seçki Dairəsi – Çingiz Qənizadə - Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyin sədri, bitərəf;

81 saylı Beyləqan Seçki Dairəsi – Ayaz Orucov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri, YAP üzvü;

85 saylı Şamaxı Seçki Dairəsi – Elxan Süleymanov – “Xəzər XXI əsr” şirkətinin və AVCİYA-nın prezidenti, bitərəf;

95 saylı Tərtər Seçki Dairəsi – Sahib Alıyev – “Lider” TV-nin siyasi icmalçısı, bitərəf;

96 saylı Goranboy-Naftalan Seçki Dairəsi – Mahir Aslanov – sahibkar, bitərəf;

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi – Gülçöhrə Məmmədova –Memarlıq və İnşaat Universitetinin rektoru, YAP üzvü;
 
98 saylı Şəmkir şəhər Seçki Dairəsi – Sahibə Qafarova – Bakı Slavyan Universitetinin prorektoru, YAP üzvü;

103 saylı Gədəbəy Seçki Dairəsi – Sevinc Hüseynova – Gənclər və İdman Nazirliyinin şöbə məsləhətçisi, YAP üzvü,;

111 saylı Zaqatala-Balakən Seçki Dairəsi – Kamilə Əliyeva – BDU-nun müəllimi, YAP üzvü;

115 saylı Şəki kənd II Seçki Dairəsi – Cavanşir Feyziyev – “Avromed” şirkətinin direktoru, bitərəf;

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsi – Aqiyə Naxçıvanlı – Azərbaycan Müəllimlər İnstitunun direktoru, YAP üzvü;

121 saylı Laçın Seçki Dairəsi – Nazim Fərəcov – Sumqayıt şəhər Dövlət Sosial Müdafiə Fondunun müdiri, YAP üzvü;

122 saylı Xankəndi Seçki Dairəsi – Flora Qasımova – təqaüdçü, bitərəf;

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi