Modern.az

Yeni parlamentin ilk iclasını Fəttah Heydərov aparıb

Yeni parlamentin ilk iclasını Fəttah Heydərov aparıb

29 Noyabr 2010, 14:39

Bu gün dördüncü çağırış parlamentin ilk iclası keçirilib. Modern.az-ın məlumatına görə, İclasda Prezident İlham Əliyev də iştirak edib.

Milli Məclisin Daxili Nizamnaməsinə görə, birinci iclası ən yaşlı deputat açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır. Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.

Bu dəfə parlamentdə ən yaşlı deputat Cəlal Əliyevdir. Onun 82 yaşı var. Daxili Nizamnaməyə görə, iclası Cəlal Əliyev aparmalı idi. Lakin akademik iclasda iştirak etmədiyindən iclası Fəttah Heydərov aparıb. 

Qeyd edk ki, 2005-ci ildə 3-cü çağırış Milli Məclisin ilk iclasını Murtuz Ələsgərov aparıb. Milli Məclisin ilk iclasına adətən prezident, Prezident Admnistrasiyasının rəhbəri, Mərkəzi Seçki Komissiyasının sədri və digər rəsmi şəxslər qatılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu