Modern.az

Avropanın aparıcı gənclər təşkilatlarının nümayəndələri Bakıda bir araya gəliblər

Avropanın aparıcı gənclər təşkilatlarının nümayəndələri Bakıda bir araya gəliblər

21 Oktyabr 2009, 13:04

Avropa Şurasının dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və «Salto Youth Resurs Mərkəzi»nin təşkilatçılığı ilə Bakıda «Azərbaycanda gənclər işinin reallığı» mövzusunda tədbirlər başlayıb. Tədbirlərdə iştirak etmək üçün Avropa Birliyinə üzv 15 ölkənin, o cümlədən, Fransa, Portuqaliya, Avstriya, Belçika, Polşa, Türkiyə, Ukrayna, Rusiyanın «Gənclər fəaliyyətdə» proqramı üzrə milli agentliklərinin nümayəndələri, eyni zamanda Avropanın ən fəal gənclər təşkilatlarının təmsilçiləri Bakıya toplaşıb. Dünən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında bu qəbildən olan görüş keçirilib.

Modern.az-ın məlumatına görə, görüşdə çıxış edən Gənclər Təşkilatları Milli Şurasında sədri, millət vəkili Fuad Muradov bildirib ki, tədbirin əsas məqsədi qonaqları Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə yaxından tanış etməkdir. O, qonaqlarla Bakıda keçiriləcək görüşlər zamanı «Gənclər fəaliyyətdə» və «Şərq tərəfdaşlığı» proqramlaı üzrə Azərbaycanda, elecə də Avropanın digər ölkələrində həyata keçirilməsi planlaşdırılan layihələrin geniş müzakirəsinin aparılacağını deyib. Daha sonra F.Muradov qonaqlara Gənclər Təşkilatları Milli Şurası barədə məlumat verib: «Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 11 gənclər təşkilatı tərəfindən 1995-ci ildə təsis edilib. 31 yanvar 1996-cı ildə isə dövlət qeydiyyatına alınıb. Hazırda təşkilatımız ətrafında 66 uşaq və gənclər təşkilatlarını birləşdirir. Biz dövlət gənclər siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində, gənclərin ictimai proseslərə və dövlət əhəmiyyətli tədbirlərə səfərbər edilməsində, Azərbaycan gəncliyinin beynəlxalq aləmdə layiqli təmsilçiliyinin təmin edilməsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir sıra uğurlara imza atmışıq».

Şuranın bir sıra beynəlxalq əməkdaşlığının olduğunu bildirən millət vəkil ölkə gənclərinin maraqlarını Avropa Gənclər Forumu, BMT-nin İqtisadi və Sosial Şurası, Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyində təmsil etdiklərini əlavə edib.

Qeyd edək ki, görüşdə çıxış edən qonaqlar Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının işi ilə yaxından tanış olduqlarını bildirərək, ölkəmizin gənclər təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını deyiblər.

Səfər çərçivəsində qonaqlar rəsmi şəslərlər görüşlər keçirəcək, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarında olacaq, həmçinin gələcək layihələrlə bağlı müxtəlif debat və disskusiyalarda iştirak edəcəklər.

Aqil LƏTİFOV

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?