Modern.az

Amerika alimləri insanı cavanlaşdıran dərman hazırlayırlar

Amerika alimləri insanı cavanlaşdıran dərman hazırlayırlar

İqtisadiyyat

30 Noyabr 2010, 15:04

Amerika elm adamları insanlarda yaşlanmağı durdurmağı, bu prosesi tərsinə çevirə bilməyi mümkün hesab edirlər.

Harvard Tibb fakültəsi mütəxəssisləri bir siçanın yaşlanmış orqanları üzərində edilən DNA yeniləməsi əməliyyatı sonrası, yaşlanmada gözlə görüləcək qədər tərsinə dönüş görüncə təəcübləniblər.

Araşdırmanı aparan professor Ronald Depinho “Nature” jurnalına yazdığı məqalədə “Yaşlı siçanlara bir ferment inyeksiya etdik. İki ay sonra bütün hüceyrələrin yeniləndiyini və gəncləşdiyini müəyyən etdik. Bu bizi, orqanların yeniləmə potensialının artırılması sürətiylə insanın həyat tərzinin yaxşılaşdırılması strategiyasına aparır. Ancaq ömrü uzatmaqdan bəhs etmək hələ tezdir”-deyə bildirib.

İnsanlar üzərində sınanacaq müalicə müsbət nəticə versə, həyat müddəti uzanacaq. İnsanların  xərçəng kimi ağır xəstəliyə tutulma riski azalcaq.

Alimlər cavanlıq iksirini 10 il müddətində istifadə etməyə ümidlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi