Modern.az

Bakının təhlükəli sanitar vəziyyəti: Tikinti “bumu” siçovulların artmasına səbəb olub

Bakının təhlükəli sanitar vəziyyəti: Tikinti “bumu” siçovulların artmasına səbəb olub

1 Dekabr 2010, 11:37

Bakı şəhəri dezinfeksiya stansiyası bildirir ki, gəmiriçilərin artmasının əsas səbəbi şəhərdə olan göhnə tikililərin sökülməsidir

“Bunun qarşısını almaq üçün  bizə tikili sökülməzdən əvvəl müraciətlər olunmalıdır, ancaq olunmur”

Respublika Gigiyena və Epidemilogiya Mərkəzi Bakının 9 rayonunda sanitar vəziyyəti öyrənmək üçün  reyd aparıb. Bu ilin 10 ayı ərzində Bakı şəhərində yaşayış məntəqələrinin sanitariya vəziyyəti ilə bağlı aparılan  reydlərin nətiçələri ilə bağlı qurumun şöbə müdiri Ziyəddin Kazımov Modern.az-a  açıqlama verib. Reydlər Bakı şəhərinin 9 rayonu – Xətai, Sabunçu, Yasamal , Binəqədi,  Nəsimi, Səbail ,Xəzər, Suraxanı, Nərimanov rayonlarını əhatə edib və sözügedən rayonlarda ciddi nöqsanlar aşkarlanıb. Demək olar ki, reyd zamanı məlum olub ki, bütün rayonlara  lazımsız yerlərdə zibillikyər yandırılır, eləcədə  məişət tullantıları da vaxtlı-vaxtında daşınmır. 

“Şəhrədə xeyli sayda qanunsuz zibilliklər var”

Vəziyyətin qənaətbəxş olmadığını bildirən Ziyəddin Kazımov eyni zamanda vurğulayıb ki,  bəzi rayonlardakı problemlər texniki imkanların çatışmazlığı ucbatımdan yaranır. “Məişət tullantılarını daşımaq üçün lazımı texnika yoxdur, istirmarda olanlar isə yararsızdir. Reyd apardığımız rayonlarda ciddi noqsanlar var. Bir cox yerlərdə qanunsuz olaraq zibilliklər yaradılıb və ya zibillər vaxtlı-vaxtında daşınmır. Bütün aşkarlanan nöqsanlara görə Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin təklifi ilə Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən  Mənzil Kommunal İstismarı sahələri rəisləri ciddi cəzalandırılıb.  

Bakı şəhərində olan zibilliklərdə xəstəlik mənbəyi olan gəmiricilərin artma səbəbləri və bu problemin qaşısını almaq üçün hansı tədbirlərin həyata keçirildiyini öyrənmək üçün Bakı şəhəri Dezinfeksiya Stansiyasına müraciət etdik. Stansiyanın baş həkimi Akif Məmmədovun Modern.az-a verdiyi məlumata görə, zibilliklərdə olan gəmiricilərin sayı əvvəlki illərə nisbətən azalıb və ildə iki dəfə bu qurum könüllü olraq Bakı şəhərində kütləvi tədbirlər həyata keçirilir.
A.Məmmədov bildirdi ki,  elə bunun nəticəsidir ki, əvvəlki illərə nisbətən şikayətlər də azalıb. A.Məmmədov eyni zamanda onları narahat edən problemə də toxundu. Onun sözlərinə görə. “JEK”lər yoxlama işlərinin aparılması üçün Bakı şəhəri Dezinfeksiya Stansiyası ilə müqavilə bağlamaqdan yayınırlar.
Baş həkim: ““JEK”lər bizimlə müqavilə bağlamır, təsəreüfat sistemi ilə işlədiyimizə görə fəaliyyət göstərə bilmirik. Bununla belə, bizim qurum ildə iki dəfə könüllü olaraq yoxlamalar aparır”.

“Köhnə tikililər sökülərkən onların zirzəmilərindəki gəmiriçilər sürətlə ətrafa yayılır”

Bakı şəhəri Dezinfeksiya Stansiyasının digər həkimi Natiq Tağıyev isə bildirdi ki, şəhərin hansı ərazilərində gəmiriçilərin çox olmasını demək  çətindi. Çünki bu göstərici daim dəyişir.

N. Tağıyev də “JEK”lərin fəaliyyətini pislədi: “Bizim əsas problemimiz “JEK”lərlə bağlıdır. Müqavilə bağlanması üçün dəfələrlə müraciət etmişik, amma maliyə çatışmazlığını əsas göstərərək bu qurumlar bizimlə müqavilə bağlamaqdan imtina edib” .

N. Tağıyevin sözlərinə görə, Bakıda siçan, siçovul və bu kimi digər gəmiriçilərin artmasının əsas səbəbi şəhərdə olan köhnə tikililərin sökülməsidir. Beləki, tikililər sökülərkən onların zirziəmilərindən qaçan gəmiriçilər sürətlə ətrafa yayılır.
“Bunun qarşısını almaq üçün  bizə tikili sökülməzdən əvvəl müraciətlər olunmalıdır, ancaq olunmur, müraciət olunmadığı üçün biz məsələyə müdaxilə edə bilmirik”-deyə həkim bildirib .

Natiq Tağıyev sonda onu da bildirdi ki, sürətli artım tempinə malik olan gəmiricilərlə bağlı Bakı şəhəri Dezinfeksiya Stasiyasının ildə iki dəfə apardığı yoxlamalar sözügedən problemin qarşısını almaqda yetərli deyil.

Sədaqət Süleymanova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü