Modern.az

Sabiq deputatlar 1 il müddətində iş tapanadək “deputatpulu” alacaqlar

Sabiq deputatlar 1 il müddətində iş tapanadək “deputatpulu” alacaqlar

Parlament

1 Dekabr 2010, 12:19

Konstitusiya Məhkəməsi 4-cü çağırış Milli Məclisin tərkibini təsdiqləyib, 3-cü çağırış Milli Məclis isə tarixə qovuşub. Qanunvericiliyə əsasən, ötən parlamentdə deputat olmuş və növbəti seçkilərdən kənarda qalmış mandat sahibləri artıq sabiqlərdir və onlar noyabrın 29-dan millət  vəkilliyi səlahiyyətlərini itiriblər.
Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Q a n u n unun  30-cu maddəsində göstərilib ki, deputatın səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır.

Modern.az saytı 3-cü çağırışda deputat olmuş, 4-cü çağırışda isə mandat qazana biməyən şəxslərin hazırda harada işləmələri barədə araşdırma aparıb. Beləlilə qanunvericilikdə nəzərdə tutulan müavinəti kimlər ala biləcək?

Biz öz tərəfimizdən araşdırma apardıq, ola bilsin işləməyən kimi aşağıda qeyd etdiyimiz sabiqlərdən kiminsə ictimaiyyətə məlum olmayan özəl fəaliyyəti var. Beləliklə,

Əkrəm Əylisli - işsizdir;
Arzu Səmədbəyli - işsizdir;
Murtuz Ələsgərov – işləyir, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiridir;
Cəmil Həsənli – işləyir, Bakı Dövlət Universitetinin professorudur;
Fərrux Zeynalov – işləyir, «Güvən» şirkətinin baş direktorudur;
Anar Məmmədxanov – işsizdir;
Nəsib Nəsibli – işləyir, Xəzr Universitetinin müəllimidir;
Vidadi Məmmədov – işsizdir;
İkram İsrafil – işsizdir;  
Nizami İsgəndərov – işləyir, sahibkardır;
Məcid Kərimov – işsizdir;
Baba Tağıyev – işləyir, «Tağıyev» şirkətlər qrupunun qurucusu və təsisçisidir;
Xəlilbəy Günəşov – işləyir, sahibkardır;
Lalə Abbasova – işləyir, “Mir Jenşina” qəzetinin baş redaktorudur;
Nizami Xudiyev – Pedaqoji Universitetin professorudur;
Əkrəm Abdullayev – işsizdrir;
Pənah Hüseyn – işsizdir;
Gülhüseyn Əhmədov – işsizdir;
Aydın Həsənov – işsizdir;
Əhəd Abıyev – işsizdir;
Vasif Əliyev – işsizdir;
Miri Qəmbərov – işləyir, “Azərkontrak”ın baş direktorudur;
İltizam Əkbərli – işsizdir;
Əhəd Əhmədov – işləyir, sahibkardır;
Səfər Məmmədov – işləyir, sahibkardır;
Maqsud İbrahimbəyov - ictimai fəaliyyətlə məşğuldur;
Aynur Camalqızı (Quliyeva) – işsizdir;
Gültəkin Hacıbəyli – işləyir, BDU-nun beynəlxalq hüquq kafedrasının müəllimidir,
Nazim Məmmədov – işləyir, «Qlobal Kaspian LTD» şirkətinin prezidentidir;
Vaqif Səmədoğlu – işsizdir;
Dünyamin Xəlilov – işləyir, «General Construction» MMC-nin baş direktorudur;
Məjlum Şükürov – işləyir, sahibkardır;
Eyvaz Qurbanov – işləyir, MOK-un əməkdaşıdır;
Sevindik Hətəmov – işləyir, Güzdək Tikinti Materialları Kombinatının direktorudur;
Həvva Məmmədova –işləyir, Dövlət İdarəçilik Akademiyasının müəllimidir...

Bu şəxslərdən işsiz olanlar yəqin ki, 1 il müddətində iş tapana qədər deputatların maaşlarının 80 faizi məbləğində müavinət alacaqlar. Qanunvericilik belə deyir.
Qeyd edək ki, deputatların aylıq maaşı 1365 manatdır.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi