Modern.az

Ali məktəblərə qəbul imtahanları ilə bağlı yeniliklər...

Ali məktəblərə qəbul imtahanları ilə bağlı yeniliklər...

1 Dekabr 2010, 13:53

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) test imtahanında fənlər üzrə açıq sualların tətbiqi ilə bağlı məsələ üzərində işləyir. Bu barədə Modern.az saytına qurumun mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, hələlik yalnız riyaziyyat fənni üzrə suallrın 5-7-si  açıq tipli olacaq. Bu il ilk dəfə olaraq tələbə qəbulu zamanı bu üsul tətbiq edilib. E. Nağızadənin sözlərinə görə, riyaziyyat fənnində bunu tətbiq etmək asandır.
“Çünki riyaziyyat fənni dəqiq elmlərə daxil olduğundan orda olan cavab dəqiq olur. Bu cür açıq sualları dəqiq fənlərdə tətbiq eləmək daha asandır. Buna görə də birinci riyaziyyatdan başlamışıq. Bu qaydanın gələcəkdə digər fəndlərə şamil olunub-olunmayacağı hələki sual altındadır”-deyə E.Nağızadə deyib.

TQDK rəsmisi bildirib ki, gələn il keçiriləcək qəbul imtahanları zamanı yalnız riyaziyyat fənnindən suallardan 7-nin açıq tipli olacağı nəzərdə tutulur.

TQDK-da hesab edirlər ki, riyaziyyat fənnindən müəyyən sualların bu cür təqdim olunmasında məqsəd uşaqların düşünmə qabiliyyətlərini inkşaf etdirmək, əzbərçilik meyllərindən uzaqlaşdırmaqdı.
“TQDK-nın məqsədi daha keyfiyyətli inkşafı təmin etməkdi. Qeyd edim ki, bu yenilik bütün fənlərə şamil edilməyib. Yalnız riyaziyyat fənnindən 5-7 sual açıq formada abituryentlərə təqdim olunur”-deyən mətbuat xidmətinin rəhbəri qeyd edib ki, qəbul imtahanında 5 fənnin hər birindən 25 sual abuturyentə təqdim olunur və  bu dəyişilməz olaraq qalır.

Qeyd edək ki, qəbul imtahanları zamanı TQDK ilk dəfə olaraq abituriyentlərə fənnlər üzrə açıq suallar təqdim edib. Bu suallar ənənəvi test suallarınadan fərqli olaraq üzərində çalışmasını tələb edir.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı