Modern.az

Deputatlara yeni köməkçilər təyin olunacaq

Deputatlara yeni köməkçilər təyin olunacaq

1 Dekabr 2010, 15:10


III çağırış Milli Məclisin bütün 122 deputatının özləri ilə bərabər onların köməkçilərinin də səlahiyətləri noyabrın 29-da başa çatıb. Bu barədə Modern.az saytına Milli Məclis Aparatından bildiriblər.
Milli Məclis Aparatından verilən məlumata görə, deputat köməkçilərinin dövlət qulluqçusu statusu yoxdur və onların səlahiyyət müddətinə yeni Milli Məclisin ilk iclas günü xitam verilib.

Qeyd edək ki, deputat köməkçisi institutu ölkəmizdə yeni təsisatlardandır və 2007-cı ilin fevralında yaradılıb. Noyabrın 29-da səlahiyyət müddəti başa çatan köməkçilər Azərbayan parlamentarizm tarixində ilk deputat köməkçiləri oldular. Bu vəzifədə çalışanların aylıq maaşı əvvəl 550 manat idi, sonradan məvaciblər 670 manata qaldırılıb.

Milli Məclis Aparatından bildiriblər ki, 4-cü çağırışın deputatlarının köməkçiləri ilə yeni əmək müqaviləsi gələn həftə bağlanacaq. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər