Modern.az

AGBank-dan daha bir yenilik

AGBank-dan daha bir yenilik

Mədəni̇yyət

1 Dekabr 2010, 16:55

Daima müştərilərinin rahatlığını düşünərək, müasir texnologiyaların tətbiqini özünə prioritet seçən AGBank-dan, POS-terminal istifadəçilərinin işini asanlaşdıracaq GSM/GPRS sistemli cihazların quraşdırılmasına başlanılıb.

Müştərilərimizin obyektlərinə quraşdırılan GSM/GPRS sistemli yeni POS-terminalların üstünlüyü: əməliyyatların iki-üç qat sürətlə həyata keçirilməsi və obyektə əlavə telefon xəttinin çəkilməsinə ehtiyac duyulmamasıdır. Yeni POS-terminallar təhlükəsizlik baxımından da əvvəlkilərdən xeyli dərəcədə fərqlənir. Belə ki, GSM sistemli SİM-kartlar vasitəsilə işləyən GPRS əsaslı POS-terminallarla keçirilən əməliyyatların təhlükəsizliyinə tam zəmanət verilir.

Onu da qeyd edək ki, sözügedən POS-terminallar VİSA, MasterCard və American Express ödəniş sistemlərinin hər birindən uyğunluq sertifikatı alıb.

Hazırda AGBank tərəfindən 380 ədəd POS-terminal quraşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır