Modern.az

Anar Məmmədxanov: “Artur Rasizadənin kabinetində gecələyirdim... Ağladım, oynadım...”

Anar Məmmədxanov: “Artur Rasizadənin kabinetində gecələyirdim... Ağladım, oynadım...”

2 Dekabr 2010, 16:17

“Onlar bəs utanmırlar ki, camaat yerli telekanallara tüpürüb xarici TV-lərə baxır?

Milli Məclisin keçmiş deputatı Anar Məmmədxanov “1nevs” saytına müsahibəsində maraqlı açıqlamalar verib. Hazırda “Ultra Production” şirkətini yaradan A.Məmmədxanov tarixi mövzuda bədii-sənədli filmlərin çəkilişləri ilə məşğul olacaq. Keçmiş deputat bildirib ki, “Ultra Production”da hazırda çəkiləcək filmin 2 layihəsi hazırdır. Bunlardan biri Azərbaycanda iudaizmin tarixinə, digəri isə Bakının qədim məhəlləsi olan “Kubinka” ilə bağlı olacaq.

Anar Məmmədxanov Azərbaycan telekanallarını sərt tənqid edib. O bildirib ki, yerli efirin guya tanınmışların reputasiyasını poza biləcəyi gücündə olması barədə deyilənlər həqiqəti əks etdirmir.

“Yerli TV-lər mənim vecimə də deyil! Onlar özləri özlərini nüfuzdan salıblar. Bizim telekanallara heç kim baxmır. Statistikaya görə, 95 faiz əhali Türkiyə və Rusiya kanallarına baxır. Bizim kanallara 5 faiz baxan var. Bəs bu faiz onların nüfuzuna xələl gətirmir? Onlar bəs utanmırlar ki, camaat yerli telekanallara tüpürüb, xarici TV-lərə baxırlar? Mən önların yerində olsaydım, özümü öldürərdim. TV-də işləməyimə görə utanardım. Bu anormallıqdı. Səyləri birləşdirmək əvəzinə bu telekanallarda oturanlar “ulduz” istehaslı ilə məşğuldurlar. Bu gün onları mədh edir, sabah unudurlar. Bu xoşagəlməz vəziyyətdir”-deyə A. Məmmədxanov bildirib.

A. Məmmədxanov vaxtilə sahibi olduğu Day.az saytı barədə də danışıb. O, bildirib ki, saytdan getməsinin guya Berezovski ilə müsahibəyə bağlamaq cəhdi gülüncdür. “Day.az-ın gündəlik işini aparmaq sadəcə bizi bezdirdi. Zirvəyə yetişdikdən sonra getmək barədə düşünürsən”-deyə o, vurğulayıb: “Mənə digər ölkələrdən sayta görə böyük pullar təklif olundu. Mən istəmədim ki, sayta başqa dövlətin vətəndaşı sahib olsun”.

Parlament seçkillərinə qatılmamağı barədə danışan A.Məmmədxanov bildirib ki, 3 dəfə deputat olub və bu kifayətdir. “Namizədliyimi irəli sürmədim. 15 il deputat oldum. Mən məgər Mikoyanam ki, 20 il postda oturum? Mən ömrümün ən yaxşı illərini deputatlığa verdim. Nə qədər toylara getmək olar? Nə qədər nəhəng miqdarda xahişlərə qulaq asmaq olar? Birinə kömək edirəm, 20-nə edə bilmirəm.  “Oğlumu tutublar, buraxdır” kimi xahişlər çox olurdu. Axı mən necə kömək edə bilərdim?”.

Keçmiş deputat Suraxanı rayonunda müharibə əlillərinə torpaq sahəsinin ayrılması üçün elədiyi işi danışıb. “90 nəfərin xahişini yerinə yetirmək üçün mən hər şey etdim. Artur Rasizadənin kabinetində gecələyirdim. Ağladım, oynadım. Nəhayət ki, sənədləri imzalayıb onlara torpaq verdilər. Digərləri mənə düşmən kəsildilər. Onlar da torpaq istəyirdilər. Amma artıq onlara kömək etmək imkanım yox idi”-deyə eks-deputat deyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü