Modern.az

Bakıda Avropa Film Festivalı

Bakıda Avropa Film Festivalı

Mədəni̇yyət

3 Dekabr 2010, 12:12

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi 10-16 dekabr 2010- ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasında təmsil olunan Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirlikləri ilə birgə Bakıda Avropa Film Festivalını keçirməyi planlaşdırır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbut xidmətindən verilən məlumata görə, festival Aİ ölkələri və Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, kino sənəti vasitəsilə Avropa dəyərlərinin və mədəniyyətinin daha yaxşı qavranılmasına yönəlib.

Festivalda Azərbaycanda təmsil olunan 14 Avropa İttifaqı ölkələrindən olan filmlər nümayiş etdiriləcək (Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Yunanıstan, Fransa. İtaliya, Litva, Macarıstan, Hollandiya, Avstriya, Polşa, Rumıniya, Böyük Britaniya).

Filmlər miqrasiya, işsizlik, bürokratiya, yaşlaşmaq kimi məsələlərdən başlayaraq qlobal istiləşməyədək olan ictimai və qlobal mövzulara toxunacaq.
Festivalın təntənəli açılış mərasimi 10 dekabr saat 19.00-da Rotunda, Landmark Biznes Mərkəzində keçiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür