Modern.az

Parlament Jurnalistləri Birliyi ödül alıb

Parlament Jurnalistləri Birliyi ödül alıb

Media

3 Dekabr 2010, 15:56

Türkiyə Azərbaycan mediası arasında münasibətlərin yaxşılaşması istiqamətində apardığı işinə görə Parlament Jurnalistləri Birliyinə Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin ödülü verilib. Mükafat bu gün  keçirilən mərasimdə Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya tərəfindən PJB-nin sədri Elşad Eyvazlıya təqdim edilib.  
Parlament Jurnalistləri Birliyinin sədri E. Eyvazlı ödülə görə Murat Karakayaya təşəkkür edib və iki qardaş ölkə arasında media sahəsində əlaqələrin yaxınlaşması üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini deyib.
PJB sədri də öz növbəsində Azərbaycan KİV-ləri ilə fəal əlaqələrinə görə, Türkiyə Cümhuriyyəti  Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinə PJB-nin diplomunu təqdim edib. 

 

 

 


Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub