Modern.az

Deputat seçkilərdən sonra seçicilərlə görüşlərə start verdi

Deputat seçkilərdən sonra seçicilərlə görüşlərə start  verdi

3 Dekabr 2010, 16:43


“Mən seçicilərimə söz vermişdim ki, seçkidən dərhal sonra  yenidən onların görüşünə gələcəm. Kəndlərin ümumi problemləri ilə maraqlanacam. Artıq bu vədimin gerçəkləşməsinə start verdim”.

Modern.az saytına açıqlamasında bu fikirləri deputat Elmira Axundova bildirib. O, qeyd edib ki, Kalinovka kəndində görüşlər keçirib.

“Tədbir öncəsi sosial cəhətdən zəif təmin olunmuş insanlara ərzaq payladıq. Bu gün isə iki kənddə görüş keçirdim. Öncə Kolatan kəndində oldum. Kolatan böyük kənddir. Burada böyük görüş keçirildi. Yüzə yaxın adam görüşə gəldi. Kənd ağsaqqallarına və ictimaiyyətə təşəkkürümü bildirdim ki, seçkilərdə verdikləri böyük səs çoxluğuna rəğmən qalib gəldim. Baxmayaraq ki, mənim əsas rəqibimin qohumları bu kənddə yaşayırdı, ancaq səs çoxluğu ilə qalib gəldim. Bundan sonra bir sıra ictimai məsələləri müzakirə etdik. Kənd camaatı qarşımda iki məsələ qoydu. Birinci ən böyük problem qazla bağlıdır. Bildirdilər ki, qaz var, ancaq çox zəif gəlir. Bunun üçün qazpaylayıcı ötürücü stansiya  tikilməlidir. İkinci məsələ məktəblə bağlı oldu. Bu kənddə iki məktəb var: Balakolatan məktəbi və Kolatan orta məktəbi. Bu məktəblər bərbad vəziyyətdədir. Kənddə uşaq bağçasının tikilməsi məsələsini də seçicilər mənim qarşımda vəzifə qoydular”.

Deputat üçüncü görüşünü Qızılavar kəndində keçirib: “Bu kənddə də mən böyük görüş keçirdim. Kənd ictimiyyəti ilə görüş zamanı onlar qaz və məktəb problemlərini qaldırdılar. Bütün bunlardan sonra demək olar ki, mənim seçildiyim ərazidə əsas problem qaz və məktəb problemidir. Qocalar, 2006-cı ildən pensiyaya çıxan müəllimlər narazıdırlar ki, az təqaüd alırlar. İşsizlik məsələsini də qaldırdılar. Xahiş edirlər ki, 40 ildən artıq işləyən müəllimlərin təqaüdlərinə yenidən baxılsın. Mən də bütün qaldırılan məsələləri aidiyyatı qurumlara çatdıracağam”.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı