Modern.az

Millət vəkili intihar edən seçicisi ilə bağlı DİN-ə və Baş Prokurorluğa sorğu göndərəcək

Millət vəkili intihar edən seçicisi ilə bağlı DİN-ə və Baş Prokurorluğa sorğu göndərəcək

3 Dekabr 2010, 17:05

Masallı rayonunun Kalinovka kəndində intihar edən 24 yaşlı Sərraf Əliyevin özünəqəsdinin səbəbləri araşdırılır. Bu barədə Modern.az saytına məlumatı 71 saylı Masallı kənd seçki dairəsindən seçilmiş deputat Elmira Axundova verib. O, qeyd edib ki, Sərraf Əliyev 24 yaşında olub:
“O, imkanlı ailədən olub. Gənc ailə sahibi imiş. Özü fermer təsərrüfatı ilə məşğul imiş. Amma çox dəhşətli bir şəkildə özünə qəsd edib. Daxili İşlər Nazirliyinin məsul işçiləri hadisə ilə bağlı istintaq aparırlar. Respublika Prokurorluğu da bu işi nəzarətə götürüb. Vəkil də mənimlə danışıb, bəzi məsələlərlə bağlı məlumat verib. Belə çıxır ki, bəzi insanlar öz tutduqları vəzifələrindən sui-istifadə edib onu şərliyərək qarşısında ağır şərtlər qoyub və pul tələb ediblər. Mən çalışacağam ki, bu məsələni örtbasdır etməsinlər. İş tam aydın şəraitdə aparılsın. Günahkarlar layiqli cəzasını almalıdırlar”.

İntihar edən şəxsin ailəsinə baş çəkdiyini deyən deputat bildirib ki, vəkilin sözlərindən belə çıxır ki, Masallı rayonundan olan bir çox polis işçiləri onu ölüm həddinə gətirib çatdırıblar: “İndi istintaq gedir. Hələlik mən bu haqda heç nə deyə bilmərəm. Məsələ ilə bağlı mənə ərizə ilə müraciət olunub. Söz vermişdim ki, Bakıya dönən kimi, Daxili İşlər Nazirliyinə, Baş Prokurora bu məsələni çatdıracam, öz  deputat sorğularımı göndərəcəm”.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı