Modern.az

Milli Məclisin mətbuat xidməti: “Köməkçisi Pənah Hüseynin bütün əşyalarını aparıb”

Milli Məclisin mətbuat xidməti: “Köməkçisi Pənah Hüseynin bütün əşyalarını aparıb”

4 Dekabr 2010, 14:16

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Müsavat deputat qrupunun üzvü olmuş, sabiq deputat Pənah Hüseynin əşyalarının guya qaytarılmaması ilə bağlı KİV-də yayılan məlumatı təkzib edib. Mətbuat xidmətini rəhbəri Modern.az saytına açıqlamasında qeyd edib ki, Pənah Hüseyn KİV-ə yanlış məlumat verib.

Onun sözlərinə görə, sabiq deputatların bütün əşyaları qeydə alınıb və onlara təhvil verilib. “Bu vaxta qədər bununla bağlı hər hansı narazılıq yaranmayıb və bundan sonra da yaranmayacaq”-deyən A.Təvəkküloğlu qeyd edib ki, səlahiyyəti bitmiş sabiq deputatların Milli Məclisdəki iş otaqlarında olan bütün əşyaları ilə bağlı məsələlərlə parlamentin İşlər İdarəsi məşğul olur.

“Pənah Hüseyn mediaya yanlış məlumat verib. Bir saat əvvəl keçmiş deputatın köməkçisi Pənah Hüseynə məxsus olan əşyaları apardı”-deyə Milli Məclisin mətbuat xidmətinin rəhbəri deyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir