Modern.az

Yol Polisi sistemində ixtisarlar başladı

Yol Polisi sistemində ixtisarlar başladı

Ölkə

4 Dekabr 2010, 14:26

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəzdində yeni alay yaradıldı


DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyevin Modern.az saytına verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəzdində yeni alay yaradılıb: “Yeni alayda 400-dən artıq DYP əməkdaşı fəaliyyət göstərəcək. Bu alay Bakı şəhər DYP idarələrinin əməkdaşları hesabına yaradılıb”.

Kamran Əliyev onu da qeyd edib ki, bu struktur islahatları çərçivəsində müəyyən ixtisarlar da olub. O, bu islahatların ancaq Bakı şəhərinin rayonlarında aparildığını da diqqətə çatdırıb.

K.Əliyev Bakı şəhər rayonlarının DYP idarələrinin ləğv olunaraq Bakı şəhər DYP-də cəmləşdirildiyi xəbərini isə təkzib edib: “Bakının hər bir rayonunun DYP idarəsi əvvəlki kimi fəaliyyət göstərir. Sadəcə, qeyd etdiyim kimi, müəyyən  ixtisarlar olub və Bakıya aid rayonlardakı Yol Polisi idarələrinin taqımları yeni alaya cəlb olunub”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır