Modern.az

Prezident təqaüdü alan tələbələr bu ali məktəblərdə oxuyurlar (siyahı)

Prezident təqaüdü alan tələbələr bu ali məktəblərdə oxuyurlar  (siyahı)

6 Dekabr 2010, 12:30

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) «Abituriyent» jurnalının 11-ci sayında qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatları dərc edib. Modern.az-ın məlumatına görə, bu nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, digər tərəfdən isə yeniyetmələrin təhsilə daha da həvəsləndirilməsidir. Yüksək bal toplamış gənclər arasında respublikanın əksər regionlarının, əhalinin bütün sosial təbəqələrinin təmsilçiləri var.

Bu il respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 1384 abituriyent 600-dən yuxarı bal toplayıb, onlardan 7 nəfər maksimal nəticə (700 bal) əldə edib. Ən yüksək nəticə göstərmiş 102 gəncə Azərbaycan Respublikası Prezidentinin 08.09.2010-cu il tarixli sərəncamı ilə Prezident təqaüdü təyin edilib.                                         

Prezident təqaüdçülərinin 23 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Azərbaycan Tibb Universitetinin, 15 nəfəri Bakı Dövlət Universitetinin, 25 nəfəri “Qafqaz” Universitetinin, 7 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 3 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin, 1 nəfəri Azərbaycan Milli Aviasiya Akademiyasının, 1 nəfəri Moskva Dövlət Universitetinin Bakı filialının, 2 nəfəri isə xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələridir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il də öz ənənəsinə sadiq qalaraq ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş gənclərlə görüş keçirib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı