Modern.az

Afət Telmanqızı ana olub

Afət Telmanqızı ana olub

Media

6 Dekabr 2010, 14:47

ANS Televiziyasının Xəbərlər Xidmətinin sabiq baş redaktoru Afət Telmanqızı (Cəfərova) ana olub, onun qızı dünyaya gəlib. Bu yaxınlarda dünyaya gələn körpənin adını Cəmilə qoyublar. Modern.az-a açıqlamasında Afət Telmanqızı bildirib ki, hazırda analıq məzuniyyətindədir. “Mətbuatı izləyirəm. İşim üçün çox darıxmışam. Amma uşaq hələ balacadı. Bununla belə tezliklə efirə dönməyi planlaşdırıram”-deyə A.Telmanzıqı vurğulayıb.

Qeyd edək ki, Afət Telmanqızı və iqtisadçı Ülfət Məhərrəmov ötən ilin oktyabrında ailə həyatı qurublar.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür