Modern.az

Sabiq deputatlar mandat və döş nişanlarını da qaytarmalıdırlarmı?

Sabiq deputatlar mandat və döş nişanlarını da qaytarmalıdırlarmı?

6 Dekabr 2010, 15:38


Milli Məclisin sabahkı iclasında yeni deputatlara mandat təqdim ediləcək. Bununla da Azərbaycan qanunvericiliyinə uyğun olaraq millət vəkilləri onların səlahiyyətini təsdiq edən sənəd və nişan gəzdirəcəklər. Bəs ümumiyyətlə Milli Məclisin üzvlərinə verilən mandat və nişan sonradan qaytarılırmı?
Modern.az bununla bağlı maraqlanıb. Bəlli olub ki, Milli Məclisin sabiq deputatları onlara verilmiş döş nişanlarını və deputat mandatını özlərində saxlayırlar.  Bu barədə saytımıza Milli Məclisdən məlumat verilib.

Qanunvericiliyə görə, deputat seçilən şəxsə döş nişanı, diplomatik pasport və mandat verilir. Millət vəkillərinə verilmiş deputat mandatı və diplomatik pasportun üzərində istifadə müddəti göstərilir. Ona görə, səlahəyyətləti başa çatan deputatların gəzdirdikləri sənədlərinin də istifadə müddəti qurtarır.

4-cü çağırış Milli Məclasın sabahkı iclasında Milli Məclisin bütün 125 deputatına mandat  veriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir