Modern.az

Milli Məclisin komitə sədrlərinin müavinləri məlum oldu (siyahı)

Milli Məclisin komitə sədrlərinin müavinləri məlum oldu (siyahı)

7 Dekabr 2010, 12:16

Parlamentin bir komitəsində sədr müavini dəyişdi


Bu gün 4-cü çağırış Milli Məclisin ikinci iclası öz işinə başlayıb. Modern.az saytının məlumatına görə, iclasda bir neçə məsələyə baxlılr. Bura parlament komitələrinin tərkibinin müəyyənləşdirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri və ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının formalaşdırılması, deputatlara mandatların verilməsi məsələləri daxildir.
Modern.az xəbər verir ki, Milli Məclisin qərarı ilə komitə sədrlərinin müavinləri də seçilib.
Yalnız bir komitədə sədr müavini dəyişib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun müavini yenidən Rövşən Rzayev olacaq.
Komitə üzvləri - Fəzail Ağamalı, Rəfael Cəbrayılov, Sabir Hacıyev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Azay Quliyev, Ülvi Quliyev, Mübariz Qurbanlı, Madər Musayev.

Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun müavini Aydın Mirzəzadə də yerində qalıb. Komitə üzvləri - Aqil Abbasov, Adil Əliyev, Xanlar Fətiyev, Əliağa Hüseynov, Fərəc Quliyev, Elman Məmmədov, Siyavuş Novruzov, Zahid Oruc, Bəxtiyar Sadıqov, Hacı Salayev.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin müavini ötən çağırışdakı kimi Çingiz Əsədullayev olacaq.Komitə üzvləri - rif Alışanov, Aslan Cəfərov, Vahid Əhmədov, İlham Əliyev, Xanhüseyn Kazımlı, Asabil Qasımov, Rüfət Quliyev, Cavid Qurbanov, Əli Məsimli, Səttar Mehbalıyev, Ayaz Orucov, Ağalar Vəliyev.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun müavini yenə  Elton Məmmədovdur. Komitə üzvləri - Rövnəq Abdullayev, Muxtar Babayev, Malik Həsənov, Etibar Hüseynov, Mirkazım Kazımov, Fərhad Qəribov, Hüseynbala Mirələmov, Fuad Muradov.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun müavini də ötən çağırışdakı deputatdır – Eldar Quliyev. Komitə üzvləri - Mahir Aslanov, Novruzəli Aslanov, Ərəstun Cavadov, Arif Əşrəfov, Nazim Fərəcov, İqbal Məmmədov, Tahir Süleymanov.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbliyə yenə Musa Quliyev müavinlik edəcək. Komitə üzvləri - Elmira Axundova, Hikmət Atayev, Əhliman Əmiraslanov, Sevinc Hüseynova, Məlahət İbrahimqızı, Yaqub Mahmudov, İlham Məmmədov, Sədaqət Vəliyeva.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin müavini deputat Fəttah Heydərov seçilib. F.Heydərov ötən çağırışda da bu vəzifəni tuturdu. Komitə üzvləri - Azər Badamov, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Tahir Rzayev, Qalib Salehzadə, Mixail Zabelin.

Elm və təhsil komitəsinin sədri Şəmsədddin Hacıyevin müavini yenə Bəxtiyar Əliyevdir. Komitə üzvləri - Ağacan Abiyev, Gövhər Baxşəliyeva, Əli Əhmədov, Kəmalə Əliyeva, Asəf Hacıyev, İsa Həbibbəyli, Musa Qasımlı, Abel Məhərrəmov, Rafiq Məmmədhəsənov, Gülçöhrə Məmmədova, Aqiyə Naxçıvanlı, Əhməd Vəliyev.

Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun müavini Rafael Hüseynov olacaq. Komitə üzvləri - Leyla Abdullayeva, Jalə Əliyeva, Zeynəb Xanlarova, İmamverdi İsmayılov, Sahibə Qafarova.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun müavini isə dəyişib,  Bu vəzifəyə Milli Məclisin yeni deputatı Sevinc Fətəliyeva seçilib. Komitə üzvləri - Aydın Abbasov, Sahib Alıyev,Gülər Əhmədova, Mehriban Əliyeva, Cavanşir Feyziyev, Azər Kərimli, Asim Mollazadə, Rasim Musabəyov, Ceyhun Osmanlı, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Elxan Süleymanov

İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın müavini də əvvəlki deputatdır – Yevda Abramov. Komitə üzvləri - İqbal Ağazadə, Nəriman Əliyev, İsmayıl Hacıyev, İlyas İsmayılov, Flora Qasımova, Fazil Mustafa, Aytən Mustafayeva, Cavanşir Paşazadə, Astan Şahverdiyev.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir