Modern.az

Milli Məclisin ilk mandatı Oqtay Əsədova verildi

Milli Məclisin ilk mandatı Oqtay Əsədova verildi

Parlament

7 Dekabr 2010, 12:21

Bu gün 4-cü çağırış Milli Məclisin ikinci iclası öz işinə başlayıb. Modern.az saytının məlumatına görə, iclasda bir neçə məsələyə baxlılr. Bura parlament komitələrinin tərkibinin  müəyyənləşdirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri və ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının formalaşdırılması, deputatlara mandatların verilməsi məsələləri daxildir.

Modern.az-ın xəbər verdiyi kimi, Milli Məclisin qərarı ilə komitə sədrlərinin müavinləri seçilib. Yalnız bir komitədə sədr müavini dəyişib.
Mandatlar paylanarkən ilk deputat vəsiqəsi Milli Məclisin sədri Oqtay Əsədova verilib.

Mandatları deputatlara Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib. Spikerin ardınca, onun müavinlərinə də mandat verilib. Daha sonra hər bir seçki dairəsi üzrə yeni seçilmiş millət vəkili deputat mandatı alıb. Parlamentin işində iştirak etməyən deputatların mandatını MSK sədri özündə saxlayıb

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır