Modern.az

Deputat: "“JEK”-lərin bələdiyyələrə verilməsinə hələ çox var"

Deputat: "“JEK”-lərin bələdiyyələrə verilməsinə hələ çox var"

7 Dekabr 2010, 16:38

Amma gələn il müəyyən xidmət sahələri bələdiyyələrə veriləcək

2011-ci ildə müəyyən xidmət sahələrinin bələdiyyələrə verilməsi nəzərdə tutulur. Bu barədə Modern.az-a Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Mənzil İstismar idarələrinin (“JEK”) səlahiyyətlərinin yerli özünüidarə qurumlarına verilməsi ilə bağlı məsələni şərh edərkən deyib. Onun sözlərinə görə, “JEK”-lərin bələdiyyələrin tərkibinə verilməsi ilə bağlı bir sıra yerli özünüidarəetmə qurumları və xarici təşkilatlar təkliflər səsləndiriblər. “Hələlik belə bir məsələ gündəlikdə yoxdur. Gələn ilin yaz sessiyası üçün müzakirəyə çıxarılacaq “Bələdiyyələrə əlavə səlahiyyət verilməsi haqqında” Qanunda müəyyən xidmət sahələrinin bələdiyyələrə verilməsi nəzərdə tutulur”-deyə deputat qeyd edib.

Onun sözlərinə görə, bəzi emal müəssələri, məsələn, şərabçılıq və digər bu kimi sahələr bələdiyyələrin ixtiyarına veriləcək. Bunlar bələdiyyələrin fəaliyyətini intensivləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” Qanun layihəsi birinci oxunuşdan keçib. 2011-çi ildə qanun ikinci oxunuş üçün Milli Məclisin müzakirəsinə çıxarılacaq.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər